Afrikada nə qədər milyonerin olduğu məlum olub…

Afrikada dollar milyonerlərinin sayı 2035-ci ilə qədər 65 faiz artacaq…

...Henley & Partners konsaltinq şirkətinin qitənin hazırkı sərvətinə dair məlumatları özündə əks etdirən hesabatına (https://t.me/henleypartners/218) görə, Afrikada yaşayan milyonçuların ümumi sayı yaxın on ildə 65 faiz artacaq.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, təşkilatın hesablamalarına görə, hazırda Afrikada 122,5 min milyonçu var və onların üçdə birindən çoxu (41,1 min) Cənubi Afrikada yaşayır.

Milyonçuların sayına görə ilk 5-liyə Misir (14,8 min milyonçu), Mərakeş (7,5 min), Nigeriya (7,2 min) və Keniya (6,8 min) daxil olub.

Afrikada 25 milyarder var idi ki, Henley & Partners onları 20-ci əsrin sonu ilə müqayisədə heyrətamiz adlandırırdı, çünki "bir çox Afrika iqtisadiyyatı uzun sürən böhran içində idi".

Forbes-in məlumatına görə, 2025-ci ilin mart ayının sonunda afrikalı milyarderlərin ümumi sərvəti tarixdə ilk dəfə olaraq 100 milyard dolları keçərək, əvvəlki ildəki 82,4 milyard dollardan 105 milyard dollara yüksəlib.

2024-cü ildə qitənin ən zəngin sakini 67 yaşlı nigeriyalı Aliko Danqote olub.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə