Niyə pişiklər şirin dadı hiss etmirlər..?

...Şirinliyi hiss etmək üçün bizə Tas1r2 və Tas1r3 zülalları lazımdır. Məhz onların sayəsində beynimiz anlayır: “Qarşımızda bir enerji mənbəyi var”.

SİA-nın məlumatına görə, pişiklərdə bu mexanizm "sındırılır", buna görə yeməyin şirin dadını hiss etmirlər.

Pişik ailəsində şirin dad reseptorunun yarısından məsul olan Tas1r2 geni zədələnir.

Bu uğursuzluq uzun müddət əvvəl baş verdi: pələnglərin, aslanların və ev pişiklərinin ortaq əcdadında...

Ona görə də şirin yeməyə heç bir reaksiya vermirlər. Bəs niyə təkamül bütün pişiklərdə şirin dadı “söndürdü”?

Məsələ burasındadır ki, onların pəhrizi həmişə ətdən ibarət olub və onun tərkibində qlükoza və fruktoza yoxdur.

Buna görə də, bu heyvanlarda şirin dadı tanımaq qabiliyyəti tədricən itdi...

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə