İsveçdə 600 tonluq kilsə uğurla köçürülüb...

Hərəkət 5 kilometr məsafədə həyata keçirilib və iki gün çəkib...

...İsveçin şimalında unikal əməliyyat uğurla başa çatıb - Kiruna şəhərində 20-ci əsrin əvvəllərində tikilmiş 600 tonluq kilsənin köçürülməsi...

SİA-nın məlumatına görə, köçürülmə 5 kilometr məsafədə baş tutub və iki gün çəkib, bu nadir prosesi görmək istəyən minlərlə sakinin və turistin diqqətini cəlb edib.

İsveçin LKAB mədən şirkətində bu əməliyyata cavabdeh olan Niklas Eliasson hər şeyin yaxşı getdiyini, yerdəyişmə anın bəzi insanlarda hətta həyəcan göz yaşlarına səbəb olduğunu qeyd edib.

Ancaq kilsə hələ yeni təməl üzərində qurulmayıb - bu mərhələ daha sonra tamamlanacaq. Köçürülmə zərurəti dünyanın ən böyük yeraltı dəmir filizi mədəninin genişləndirilməsi ilə bağlı idi ki, onun istismarı tarixi binanın altındakı torpağın çökməsinə səbəb ola bilərdi.

Kilsənin köçürülməsi bütün Kiruna şəhərinin köçürülməsi üzrə 30 illik böyük planın bir hissəsidir: layihə çərçivəsində 3 minə yaxın binanın və 6 minə yaxın sakinin köçürülməsi lazımdır.

Bəzi binalar sökülərək yeni şəhərin mərkəzində yenidən tikiləcək, digərləri isə, məsələn, kilsə orijinal formasını və memarlıq dəyərini qorumaq üçün bütünlüklə köçürüləcək. Layihə dünyanın ən iddialı şəhər yenidənqurmalarından biri hesab olunur və əsas sənaye tələblərinə baxmayaraq, müasir texnologiyanın mədəni irsi necə qoruya biləcəyini nümayiş etdirir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə