Qocalığın yoluxucu olduğu bəlli olub…

...Koreya Universitetinin tibb institutunun gerontoloqlarının müəyyən etdiyi kimi, qocalma hüceyrədən hüceyrəyə keçmə xüsusiyyətinə malikdir və hələ yaşa bağlı dəyişikliklərdən təsirlənməmiş qonşu hüceyrələrə dağıdıcı təsir göstərir.

SİA xəbər verir ki,Bu araşdırma ilə bağlı məlumatlar Metabolism - Clinical and Experimental (MCE) elmi jurnalında dərc olunub.

Koreyalı alimlərin tapıntılarına görə, qocalma ilə əlaqəli zülal HMGB1 yaxınlıqda yerləşən sağlam hüceyrələrdə qocalma proseslərini başlatmağa qadirdir.

Mütəxəssislər qeyd edirlər ki, bu zülal bütün həyat boyu orqanizm tərəfindən sintez olunur, lakin gənc yaşda hüceyrənin daxilində yerləşərək, onun normal fəaliyyətinin təmin edilməsində mühüm rol oynayır.

Yaşla, qocalmış hüceyrələr HMGB1-ni membranlarından kənarda buraxmağa başlayır, bu da qonşu, hələ də sağlam hüceyrələrə ziyan vurur.

Öz növbəsində sağlam hüceyrələr də bu zülal ifraz etməyə başlayır.

Tədqiqatlar göstərdi ki, belə təmasdan sonra gənc hüceyrələr bölünmə qabiliyyətini itirir və iltihablı reaksiyalara səbəb olan maddələri sintez etməyə başlayır.

Bu mexanizm alimlər tərəfindən travmatik hadisələr keçirmiş yaşlı insanları müayinə edərkən aşkar edilib.

Siçan modelləri üzərində aparılan təcrübələr bu fərziyyəni təsdiqlədi. Gələcəkdə orqanizmdə qocalmanın zəncirvari yayılması prinsiplərinin daha dərindən başa düşülməsi yaşa bağlı dəyişikliklərlə mübarizə üçün innovativ strategiyaların yaradılması üçün əsas ola bilər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə