...Tomsk Universitetinin və Ermitajın arxeoloqları eramızın II əsrinə aid Xakasiya qəbiristanlığında tapılan taxta qabların qədim distillə aparatının bir hissəsi olduğunu müəyyən ediblər.
Ondan süd arağı - "aroqa" və ya "arxa" adlı bir içki hazırlamaq üçün istifadə olunurdu.
SİA-nın məlumatına görə, Tomsk Universitetinin magistrantı Vladimir Nemıx bu tapıntıları tədqiq edib və 3D modellərdən istifadə edərək, obyektlərin – “damaq”, “vedrə”, çəllək və keramika qabın birlikdə distillə cihazı əmələ gətirdiyini təsdiqləyib.
Aparat təkcə güclü spirt üçün deyil, həm də zərdab, qımız və digər məhsulların alınması üçün istifadə olunurmuş. Tədqiqatçıların fikrincə, bəzi hissələr kiçildilmiş ölçüdə hazırlanıb və simvolik məna daşıya bilər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə