İnsanların niyə ikinci yarısını tapmaqda çətinlik çəkdiyi izah edilir...

Bu günlərdə uyğun bir tərəfdaşla tanış olmaq getdikcə çətinləşir. Bəziləri bunu rəqəmsal texnologiyanın təsiri ilə əlaqələndirir, bəziləri isə bunun üçün heç bir izahat görmür.

SİA-nın məlumatına görə, psixoloq və seksoloq Aleksandr Miller son açıqlamasında qeyd edib ki, müasir cəmiyyət psixologiyaya artan maraq göstərir, lakin bu çox vaxt etibarsız və səhv məlumatlara əsaslanır.

Məsələn, bütün kişilərin təcavüzkar və ya narsist, qadınların isə eqoist olduğuna dair inanc internetdə fəal şəkildə yayılır. Bu, müəyyən stereotiplər formalaşdırır və insanlar şüuraltı olaraq internetdə bu stereotiplərin təsdiqini axtarmağa başlayırlar.

Psixoloqun sözlərinə görə, bu cür yalan məlumatların yayılması kişi və qadın arasında qarşılıqlı inciklik və anlaşılmazlığa gətirib çıxarır.

Bəzi viral hekayə İnternetə daxil olur və hamı buna inanmağa başlayır.

Ona gö5rə də internetdə daha az vaxt keçirmək lazımdır.

Bunu Miller məsləhət bilir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə