Fransada yad şəxslərin toylarına biletlər satışa çıxarılıb...

...Fransada qeyri-adi startap açılıb: hər kəs yad birinin toyunda iştirak edə bilər.

Qeyd edək ki, startap ideyaya əsaslanan və inkişafı üçün maliyyə tələb edən kommersiya layihəsidir.

SİA xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb. Deməli, bu startapın ideyası model və sahibkar Katya Lekarskiyə məxsusdur.

Onun layihəsinə görə, toy etməyi planlaşdıranlar etiraz etməzsə, hər kəs tanımadığı şəxslərin toylarına bilet ala bilər. Eyni zamanda, Lekarskinin özü deyir ki, bu ideya ona beş yaşlı qızının “Bizi niyə toylara çağırmırlar?” sualından sonra gəlib.

...Biz yad insanların görüşdüyü proqramlara öyrəşmişik - görüşlərdə, ekskursiyalarda, şənliklərdə. Niyə bu yanaşmanı toylara tətbiq etməyək?.

Lekarski deyir bunu.

...Biletlər xüsusi Invitin proqramında alınır, burada cütlüklər biletləri və toyun təsvirini - format, geyim kodu, menyu, cədvəl və mövcud yerlərin sayını yerləşdirə bilərlər.

Orta hesabla 100-150 avroya başqasının toyunda iştirak edə bilərsiniz, lakin cütlüyün satışdan imtina etmək hüququ var. Gəlin və bəyin də belə qonaqlarla ünsiyyət qurması tələb olunmur.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə