Qarpızın zərər verə biləcəyini göstərən təhlükəli əlamətlərə qabığındakı çatlar, çuxurlar və ləkələr daxildir.
SİA-nın məlumatına görə, bu bir çox həkim və ekspertlərin qənaətidir.
...Təhlükəli əlamətlərə qarpızın qabığındakı çatlar, çuxurlar və ya ləkələr daxildir. Bakteriyalar bu cür zədələnmələr vasitəsilə meyvəyə nüfuz edə bilər. Əgər pulpa qəribə bir görünüşə malikdirsə, ehtiyatlı olmalısınız: sarı və ya ağ damarlar, qeyri-bərabər rəng, sulu konsistensiya…
Həkim əlavə edir ki, bu, nitratların çoxluğunu və ya çürümənin başlanğıcını göstərə bilər.
Mütəxəssis, həmçinin yolların yaxınlığında qarpız almamağı tövsiyə edir, çünki onlar işlənmiş qazları udur və ağır metalları yığa bilirlər.
Bundan əlavə, artıq kəsilmiş meyvələrdən qaçınmaq lazımdır, çünki tənzifin altında belə mikroblar tez çoxalır…
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə