Rusiya alimləri ən dərin dəniz heyvanları icmalarını tədqiq ediblər...

2024-cü ildə beynəlxalq tədqiqatçılar qrupu Kuril-Kamçatka və Aleut xəndəklərinin dibində 5800-9533 metr dərinlikdə yaşayan unikal dəniz orqanizmlərinin icmalarını aşkar etdilər.

SİA-nın məlumatına görə, ekspedisiyanın nəticələri "Nature" jurnalında dərc olunub.

Tədqiqat Rusiyanın bir sıra institutlarının mütəxəssisləri tərəfindən beynəlxalq tərəfdaşlarla birgə aparılıb.

Tədqiqat üçün dərin dəniz gəmisi Fendouzhe istifadə edilib. Alimlər kimyəvi sintez və metan istehlakı hesabına yaşayan çoxhüceyrəli heyvanların böyük qruplarını tapdılar.

Bu icmalarda səth təbəqələrindən işıq və qida olmadan ekstremal şəraitdə yaşaya bilən xüsusi poqonoforlar və ikiqapalılar üstünlük təşkil edir.

Bunlar bu günə qədər məlum olan ən dərin belə icmalardır. Əvvəllər rekord 7434 metr dərinlikdə aşkar edilən Yaponiya xəndəkindən olan mollyuskalara məxsus idi.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə