Polşada kafenin altından cəngavərin məzarı tapılıb...

Tədqiqatçılar Polşanın Qdansk şəhərində qapalı dondurma salonunun altında qədim uzun boylu cəngavər sümüklərini aşkar ediblər.

SİA xəbər verir ki, bu barədə çərşənbə günü, iyulun 23-də CNN məlumat yayıb.

Dəfnin təhlili ArcheoScan arxeoloji şirkəti tərəfindən aparılıb.

Ekspertlər mərkəzi Srodmiescie rayonunda işləyiblər. Əvvəlcə mütəxəssislər Qotland əhəngdaşından hazırlanmış mərhumun təsviri olan qəbir daşına rast gəliblər.

Qəbir daşında döyüşçü zirehdə, qılınc və qalxanla təsvir edilmişdir. Onun pozası gücü və yüksək sosial statusu simvolizə edirdi.

Arxeoloq Silviya Kurzinskinin sözlərinə görə, orta əsrlərdə mərhumun təsvirləri olan qəbir daşları az olub.

Çoxları öz qohumlarını və yaxınlarını kitabə və xaçlarla dəfn ediblər.

Bu tapıntı müstəsna əhəmiyyətə malikdir və son illərdə Polşada ən mühüm arxeoloji kəşflərdən biridir.

Bunu telekanal ekspertdən sitat gətirir.

Bu yaxınlarda argentinalı paleontoloqlar qazıntılar zamanı qədim dinozavr növünə aid skeletin bir hissəsini tapıblar. Tədqiqatçılar qalıqları təhlil edərək onların Rebbachisaurid ailəsindən sauropod dinozavrına aid olduğu qənaətinə gəliblər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə