600 il əvvəl itirilmiş "sehrli" daşla üzük tapılıb...

Arxeoloqlar təxminən 600 il əvvəl itmiş orta əsr qalasının xəndəyindən qiymətli zinət əşyası aşkar ediblər. Bu, zərli gümüşlə işlənmiş ametistli üzük idi.

Kəşf Polşadakı Kolno qalasında edilib.

Vroclaw Universitetinin alimləri bu əşyanın broşun və ya daha az ehtimalla diadem və ya tacın bir hissəsi olduğunu irəli sürüblər.

Orta əsr zərgərlik məmulatları tez-tez dəfinələrdə və ya qəbirlərdə tapılır. Ancaq bu üzük daha çox "gündəlik" şəraitdə tapılıb.

Kolno qalası 13-cü əsrdə qurulmuşdur. Qala və dukal sarayı kimi xidmət edirdi. Orada taxta daşınmasını tənzimləyən gömrük məntəqəsi də var idi.

Qalanın ilk sahibi Bjeq hersoqu III Boleslav olub və o, eyni zamanda Spendthrift kimi də tanınıb.

Sonradan III Boleslav qalanı zəngin cəngavərlərə satıb.

1443-cü ildə Sileziyadakı vətəndaş müharibələri zamanı qala yandırılıb.

...Ərazidə arxeoloji qazıntılara 2010-cu ildə başlanılıb. Burada 14-15-ci əsrlərə aid hərbi əşyalar, süvari geyimləri və keramika məmulatları aşkar edilib.

...Daşı öyrənmək üçün Raman spektroskopik analizindən istifadə edilmişdir.

Araşdırma daşın ametist olduğunu təsdiqləyib.

Gümüş və qızıl hissələrdə çoxlu miqdarda civə var. Deyilənlərə görə, ametistlər orta əsrlərdə məşhur olub, çünki onlar gözəl və nisbətən ucuz idi.

Onlar həmçinin sehrli xüsusiyyətlərə sahib idilər. Ametistlərin sahibini zəhərdən, pis yuxulardan, cadudan və xəyanətdən qoruduğuna inanılırdı. Onlar həmçinin iman, təvazökarlıq və şəhidliyi simvolizə edirdilər.

SİA-nın məlumatına görə, bunu Live Science xəbər verir. ...Bundan əvvəl xəzinə ovçusu İnsan adasında vikinqlərə məxsus qızıl üzük tapmışdı. Onun yaşı min il qiymətləndirilirdi.

Parça bir-birinə bağlanmış qızıl çubuqlardan hazırlanmışdır. Ehtimal ki, ondan ödəniş vasitəsi kimi istifadə olunub.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə