...Dağıstanda bəy gəlinin plastik əməliyyatdan əvvəlki fotolarını görən kimi seçdiyi ilə toyunu ləğv edib.
SİA-nın məlumatına görə, bu barədə Telegram-da Mash kanalı xəbər verir.
Deməli, gənc Patimat ilə Nəriman axşam yeməyində tanış olublar və qısa müddət görüşdükdən sonra evlənmək qərarına gəliblər.
...Və Patimat kosmetologiyaya və plastik cərrahiyyəyə olan həvəsini gizlətməyib. O, rinoplastika və lipofilling əməliyyatı keçirib, dodaqlarına və yanaq sümüklərinə dolğu vurulub.
Nəriman əvvəlcə sevgilisinin görkəminin yaxşılaşdırılmasına etiraz etməsə də, maraq ucbatından cərrah və kosmetoloqların müdaxiləsindən əvvəl qızdan onun fotolarını göstərməsini xahiş edib.
...Və gəlinin təbii görünüşünü bəyənmədiyi üçün oğlan toyu ləğv edib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə