...Teleaparıcı və Moskva xəstəxanalarından birinin baş həkimi Aleksandr Myasnikov yeni şok açıqlama verib.
Tamaşaçılarını heyrətləndirməkdən əl çəkməyən həkim bu dəfə naməlum uçan obyektlər gördüyünü etiraf edib. Myasnikovun sözlərinə görə, hər şey Xakasiyaya səfər zamanı baş verib.
...Ufoloqlar arasında Xakasiyanın ən məşhur yeri olması əbəs yerə deyil. Burada demək olar ki, hər gecə UNO-ları görə bilərsiniz.
SİA-nın məlumatına görə, teleaparıcı bunu sosial şəbəkədə yazıb və əlavə edib ki, “yadplanetli gəmini” gecə vaxtı oğlu ilə tonqalın yanında oturarkən görüb.
...Birdən meşənin üstündən aşağı hündürlükdə iki işıq saçan obyekt peyda oldu. Onlar ziqzaq şəklində hərəkət etdilər və sonra üstümüzdə uçdular. Amma tezliklə UFO-lar yuxarıya qalxdılar və sonra sözün həqiqi mənasında meşənin görünən kənarından kənara düşdülər.
Həkim sonradan bölgədə UFO-ları "saysız-hesabsız" gördüyünü və xarakterik bir xüsusiyyəti - "cırıq, gözlənilməz uçuş yolunu" müəyyən edə bildiyini söylədi.
...Yeri gəlmişkən, damarında Azərbaycanlı qanı olan Myasnikov bir müddət bundan əvvəl ruslara xəbər oxumağı qadağan edib..?
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə