Təl-Əviv Universitetində Efiopiya Yəhudi İrsinin Öyrənilməsi Mərkəzinin İsrail Milli Kitabxanası ilə birgə təşkil etdiyi “Oritin keşikçiləri” adlı seminar zamanı 15-ci əsrə aid iki qədim müqəddəs kitab aşkar edilib.
Bu qədim nümunələr əvvəllər Efiopiyadakı Beta İsrail icmasına aid idi və qədim yazının xüsusiyyətlərinin öyrənilməsi əsasında paleoqrafik analizdən istifadə edərək tarix təyin edildi.
SİA-xəbər verir ki, Sputnik Afrika portalının məlumatına görə, Orit tumarları kimi tanınan bu əlyazmalarda Musanın Pentateux mətni, həmçinin Yeşuanın, Hakimlərin və Rutun kitabları var.
Yalnız ruhani liderlər (kessim) tərəfindən istifadə edilən qədim Efiopiya dili olan Ge'ez dilində yazılmış bu tumarlar nəsillərə ötürülür və xüsusi diqqətlə qorunurdu.
Bəzi sahiblər onları İsrailə aparmaq üçün həyatlarını riskə atıblar.
Hazırda müqəddəs kitabların əksəriyyəti şəxsi mülkiyyətdədir və İsraildə yerləşən Efiopiya yəhudi icmalarının ibadət evlərində istifadə olunur.
Son vaxtlara qədər onlar elmi araşdırmalar və rəqəmsallaşdırma prosesi üçün əlçatmaz idi.
Ümumilikdə, tədqiqat zamanı alimlər Oritin əvvəllər məlum olmayan dörd kitabını kəşf edə biliblər.
Onlardan ikisi XV, ikisi isə XVIII əsrə aiddir.
Bundan başqa, XVII-XX əsrlərə aid 13 başqa müqəddəs kitab da müəyyən edilib.
Bütün nəşrlər sahiblərinin razılığı ilə sənədləşdirilib. Əlyazmalar icmalarda “canlı kitablar” rolunu saxlayacaq və onların rəqəmsal nüsxələri Milli Kitabxananın arxivini zənginləşdirəcək.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə