Dubay hökmdarı qızın müalicəsi üçün 1,9 milyon dollar ödəyib...

...Onurğa əzələsinin atrofiyası olan daha bir uşağa normal həyat şansı verilib.

SİA-nın məlumatına görə, söhbət 1,9 milyon dollara başa gələn müalicəsi BƏƏ-nin baş naziri və Dubayın hökmdarı Məhəmməd bin Rəşid Əl Məktum tərəfindən ödənilən iki yaşlı Yaqeen Kankardan gedir.

SMA (Onurğa əzələlərinin atrofiyası-A.B.) olan iki yaşlı Yakin Kankar 1,9 milyon dollara başa gələn müalicə alacaq. Xəstəlik zamanla əzələlərin atrofiyasına səbəb olur və uşaq onların üzərində tam nəzarəti itirir, ona görə də o,..hətta udquna bilmir. Xəstəliyin dərmanı var. Bu, bir neçə milyon dollar dəyərində qiymətləndirilən bahalı bir dərmanın bir dəfə vurulması və ya bir milyon rubldan çox dəyəri olan bir müddət ərzində davamlı inyeksiyadır.

Yankin Kankar birdəfəlik inyeksiya alacaq. Müalicə, o cümlədən klinikada qalma xərcləri BƏƏ-nin baş naziri və Dubayın hökmdarı Məhəmməd bin Rəşid Əl Məktum tərəfindən ödənilib.

O, qız üçün 1,9 milyon dollar köçürüb.

Qızın atası 27 yaşlı İbrahim Kankar bildirib ki, həkimlər körpəyə müalicə üçün cəmi bir neçə ay vaxt veriblər. Ancaq qızın SMA-ya uzun müddət diaqnoz qoymaq mümkün olmayıb, buna görə ailə ixtisaslı tibbi yardım aldıqları BƏƏ-yə köçməli oldular.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə