Sərxoş kişi iki qızı "yaxşıca" döyüb

Dindirilmə zamanı təcavüzkar hərəkətlərini izah edə bilməyib.

...Belarusda, Minskdə 48 yaşlı sərxoş kişi mağazada iki gənc qadına hücum edib. Onlardan biri bədən xəsarətləri alıb, digərinin isə başına zibil qabı keçirib.

SİA-nın məlumatına görə, iyunun 8-də Minsk mağazalarından birində sərxoş kişi kassa yaxınlığında naməlum qızla mübahisə edib.

Və qızı bərk itələyib. Yıxılan qız yaralanıb. Həmin qızın “podruqası” dostunu müdafiəsinə qalxarkən başını zibil qabında görüb.

Belə ki, həmin şəxs metal qabı götürərək qızın başına vurub, daha sonra onun üzünə vuraraq hadisə yerindən qaçıb. Dindirilmə zamanı təcavüzkar spirtli içkidən sərxoş olduğunu əsas gətirərək hərəkətlərini izah edə bilməyib.

İstintaq Komitəsi Cinayət Məcəlləsinin 339-cu maddəsinin 3-cü hissəsi - xüsusilə qəsdən xuliqanlıq maddəsi ilə cinayət işi açıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə