Misir çimərliklərində köpək balıqları izlənəcək və...

Turistlərə Misirdə köpək balıqlarını çipləmək üçün yeni layihə haqqında məlumat verilib.

...Misirdə köpək balıqlarına onların hərəkətlərini izləmək üçün çiplər implantasiya edilir.

Elm adamları bu yaxınlarda pələng köpəkbalıqlarının, mako köpəkbalıqlarının və okean ağ köpəkbalıqlarının kürəyinə monitorinq cihazlarını bağladılar.

SİA-nın məlumatına görə, onların hamısı Qırmızı dənizin cənubunda tutulub və sonra sərbəst buraxılıb.

Misir Ərəb Respublikasının Ətraf Mühit Nazirliyinin araşdırmasına görə, bu növdən olan köpək balıqları daha çox Hurqada, Şarm əl-Şeyx və Marsa Alam çimərliklərində insanlara hücum edir.

Dəniz yırtıcılarının çiplənməsi layihəsi turistlərə yaxınlaşan təhlükə barədə xəbərdarlıq etməyə imkan verəcək, çünki ötürücü qurğular yırtıcıların bütün hərəkətləri haqqında daim məlumat yayır.

Bundan əlavə, alimlər yırtıcıların mövsümi miqrasiya xəritələrini yarada, sahil zonasında və açıq dənizdə turistlər və dalğıclar üçün risk faktorlarını müəyyən edə biləcəklər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə