...İyulun 10-da Paris Moda Həftəsi çərçivəsində Paris Fashion Icons auksionu keçiriləcək, burada unikal lot - Ceyn Birkinin özünə məxsus orijinal Hermes Birkin çantası təqdim olunacaq.
SİA-nın əldə etdiyi məlumata görə, bu ikonik aksessuar 1984-cü ildə xüsusilə aktrisa üçün yaradılmış və bütün sonrakı Birkin modelləri üçün prototip olmuşdur.
Dəbdəbə və üslubun simvoluna çevrilən çanta əvvəlcə Manxettendəki Sotheby's New York filialında sərgilənəcək, daha sonra Parisə səyahət edəcək.
Lotun dəqiq başlanğıc qiyməti hələ açıqlanmayıb - hərrac təşkilatçıları qiymət haqqında məlumatı yalnız potensial alıcılara özəl olaraq təqdim etməyə hazırdırlar.
Maraqlıdır ki, çanta hərraca çıxarılmazdan əvvəl onu Solidarite Sida xeyriyyə təşkilatından almış Ketrin Besnierin kolleksiyasında idi.
Ceyn Birkin özü bu aksessuarı QİÇS-lə mübarizə fonduna şəxsən bağışlayıb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə