…Duke Universitetinin Pratt məktəbinin tədqiqatçıları kainatı qeyri-adi perspektivdən öyrənərkən təəccüblü kəşf ediblər. Daha sonra onıar insanların ruhları kimi xarakterizə edilən sirli parıltıları qeyd ediblər.
SİA-nın məlumatına görə, bu kəşf elm aləmində əsl sensasiya yaradıb.
Tədqiqat müəlliflərinin fikrincə, geniş kosmosda enerji mənbələrinə doğru yavaş-yavaş hərəkət edən bu qəribə formasiyalar mövcuddur.
Bu hadisələri araşdırmaq üçün alimlər kosmosda elektromaqnit titrəmələri aşkar edə bilən yüksək texnologiyalı avadanlıqdan istifadə ediblər.
…Görünüş bir neçə kilometr uzunluğunda cəmləşən ildırıma bənzəyir.
Bu hadisələrin dəqiq təbiəti sirr olaraq qalsa da, tədqiqatçılar bu hadisələrin mahiyyətini öyrənməyə və bu sahədə araşdırmalara davam etməkdə qərarlıdırlar.
Bu kəşf kainat haqqında anlayışımızı xeyli dərinləşdirə və ola bilsin ki, gözlənilməz cavablara səbəb ola bilər.
Qeyd edək ki, fiziklərin fikrincə, zamanda səyahət elmi fantastika olmaqdan çıxıb və artıq baş verir. Beləliklə, Kvinslend Universitetinin alimləri paradoksal vəziyyətlərə gətirib çıxarmayan zaman səyahətinin nəzəri mümkünlüyü barədə nəticəyə gəliblər.
…Yada salaq ki, bu yaxınlarda dəniz bioloqları Sakit Okeanın Klarion-Klipperton bölgəsinə ekspedisiya zamanı dərin dəniz orqanizmlərinin yeni növlərini aşkar ediblər. Onların arasında amfipodların bir neçə növü, o cümlədən "dəniz donuzları" var.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə