13 yaşlı çinli oğlan anasına “mamaçalıq” edib…

Çindən olan 13 yaşlı oğlan dünyaya körpə gətirən anasına “mamaçalıq” edib.

SİA-nın məlumatına görə, bu barədə “Komsomolskaya Pravda” “South China Morning Post” qəzetinə istinadən xəbər verir.

Deməli, qeyd olunur ki, doğuş vaxtından əvvəl - hamiləliyin 37-ci həftəsində başlayıb. Qadın doğuş sancısı başlayanda 13 yaşlı oğlu təcili yardım çağırıb.

Cavab verən feldşer Çen Çaoşun həkimləri göstərilən ünvana göndərib və sonra yeniyetməyə körpəni necə dünyaya gətirmək barədə təlimat verməyə başlayıb.

Oğlan bu göstərişlərə əməl edərək körpəni özü dünyaya gətirə bilib və nəhayət, dünyaya yeni qardaş gətirib.

Gələn həkimlər yalnız göbək bağını kəsib, qadını və körpəni xəstəxanaya çatdırmalı olublar.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə