…Şimal-Şərqi Federal Universitetinin rektoru Anatoli Nikolaev bu tapıntının Rusiya və dünya elmi üçün müstəsna əhəmiyyətini vurğulayaraq, qədim heyvanın qalıqlarının əla qorunduğunu, xüsusən də baş, gövdə, qulaq və ya nahiyədə zədələnmədiyini qeyd edib.
SİA-nın məlumatına görə, Mamont Muzeyinin laboratoriya rəhbəri Maksim Çeprasovun sözlərinə görə, 2024-cü ildə Yakutiyada tapılan körpə mamont Yananın yaşı 100 min ildən çox ola bilər.
Bu fərziyyə tapıntının aşkar edildiyi geoloji təbəqənin təhlilinə əsaslanır, çünki radiokarbon analizi bu metodun imkanlarını (50 min ildən çox) üstələyən bir nəticə verdi. Martın 27-də keçirilən beynəlxalq elmi seminar zamanı alimlər bu qədim tapıntının hərtərəfli tədqiqi və ətraflı təhlili üçün körpə mamont cəmdəyini yarıb nümunələr götürüblər.
Xatırladaq ki, bala mamont 2024-cü ilin iyununda Bataqayka termokarst çökəkliyində tapılıb.
Çeprasov qeyd edib ki, kəşf edildiyi təbəqə ilə müəyyən edilən körpə mamontun geoloji yaşı təxminən 110-130 min ildir.
Qeyd etmək lazımdır ki, bundan əvvəl dünyada səpələnmiş fraqmentləri nəzərə almasaq, cəmi altı bütöv mamont tapılmışdı.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə