70 yaşlı Lesli Qrinxof Milli adlı 30 yaşlı pişiyinın dünyanın ən yaşlı pişiyi olduğunu iddia edib.
SİA-nın məlumatına görə, o, SWNS xəbər agentliyinə onun uzunömürlülüyünün sirlərini açıqlayıb, People yazır.
…Millinin 30 yaşını qeyd etmək üçün sahibi ona qonaqlıq verib.
…Bu, fantastik bir gün idi.
O, pişik üçün onun portreti olan tort sifariş edib.
Minnətdar Milli isə bütün kremləri yalayıb.
Qrinxof pişiyin uzunömürlü olmasının əsas sirlərindən birinin divanda qucaqlaşmaq olduğunu söyləyib.
O, həmçinin Millinin günorta qalxdığını, karides, toyuq, tuna və qızılbalıq yediyini və yalnız Buxton mineral suyu içdiyini söyləyib.
Milli çox yatır və bağda oynamağı sevir. Pişik, həqiqətən, pişikdir…
Sahib etiraf edib ki, Milli küçədə tez-tez pişiklərlə dava edib uduzurdu. Bundan sonra o, daha diqqətli oldu və indi daha tez-tez evdə qalır.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə