Yatmağa yer axtarırmış deyə…

…Rusiya Milli Qvardiyasının əməkdaşları Moskvanın qərbində üç müəssisənin pəncərə və qapılarını sındıran şəxsi saxlayıblar.

SİA-nın məlumatına görə, saxlanılan şəxs yatmaq üçün yer axtardığını bildirib.

…Departamentin mətbuat xidmətindən cümə günü, martın 28-də “Veçernyaya Moskva” qəzetinə məlumat verilib. İdarədənkənar mühafizənin rayonlararası şöbəsinin növbətçi hissəsinə Kutuzovski prospektindəki mühafizə olunan obyektlərdən birindən həyəcan siqnalı daxil olub.

Dərhal qeyd olunan ünvana gələn hüquq-mühafizə orqanlarının əməkdaşları lombardda sınmış pəncərə aşkar ediblər. Küçə ilə gedərkən onlar daha iki binanın qapılarının zədələndiyini görüblər

Üçüncü müəssisədə təhlükəsizlik qüvvələri yatmış 50 yaşlı moskvalı tapıblar.

O, yatmaq üçün qapıları sındırdığını etiraf edib.

Bundan əvvəl Rusiya Milli Qvardiyasının əməkdaşları MFC-nin pəncərəsini sındıraraq hadisə yerindən qaçmağa çalışan 42 yaşlı nijni Novqoroddan olan sərxoş kişini saxlayıblar.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə