Rio-de-Janeyroda təhlükəli göbələk pişikləri yoluxdurur…

Braziliyada pişiklərin daşıdığı xəstəlik olan sporotrikozun ciddi epidemiyası müşahidə olunur. Alimlər göbələk xəstəliklərinə nəzarətin gücləndirilməsinin vacibliyini qeyd edirlər. Mantar infeksiyası patogenin əhəmiyyətli genetik müxtəlifliyi ilə xarakterizə olunur.

SİA-nın məlumatına görə, Dr Anderson Messias Rodriguez-in rəhbərlik etdiyi tədqiqat, 3-karboksimukonat siklaza (CMC) geninə diqqət yetirərək, Sporothrix göbələklərinin 104 izolatının təhlilini əhatə edib.

Və nəticədə 79 müxtəlif genetik variasiya müəyyən edilib ki, bu da növlərdə əvvəllər düşünüldüyündən daha yüksək səviyyədə genetik müxtəlifliyin olduğunu göstərir.

Molekulyar analiz Sporothrix brasiliensis və Sporothrix schenckii-də nəzərəçarpacaq polimorfizm göstərib.

Bundan əlavə, benzol, toluol və polisiklik aromatik karbohidrogenlər kimi çirkləndiricilərə məruz qalma bu təkamüldə rol oynaya bilər.

S. brasiliensis-də törəmə allellərin yüksək tezliyi sürətli uyğunlaşmadan xəbər verir ki, bu da potensial olaraq virulentliyin artmasına səbəb ola bilər.

Elm XXI xəbər verir ki, bu tapıntılar göbələk xəstəliklərinin, xüsusən də pişiklərdən ötürülən sporotrikoz hallarının artdığı bölgələrdə artan monitorinq ehtiyacını vurğulayır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə