Saxarada göl əmələ gəlib…

…Sebha el-Melah kimi tanınan müvəqqəti göl 2024-cü ilin sentyabrında Şimali Afrikanı vuran güclü siklon nəticəsində Əlcəzairdə yaradılmışdır. Tədqiqatçıların fikrincə, bu fenomen Saxaranın iqlim şəraitini min illər əvvəl, bölgənin yaşıllıqlarla örtüldüyü zaman mövcud olduğu kimi öyrənməyə imkan verəcək.

SİA-nın məlumatına görə, yeni yaranan gölün sahəsi təxminən 200 kvadrat kilometrə çatır və dərinliyi iki metrdən çoxdur.

Alimlər qeyd edirlər ki, 11-5 min il əvvəl Saxara böyük gölləri və bol bitki örtüyü ilə müasir görünüşündən əhəmiyyətli dərəcədə fərqlənirdi.

Əslində qayaüstü rəsmlər də o dövrün zəngin və müxtəlif flora və faunasından xəbər verir.

…Əvvəllər belə hesab olunurdu ki, səhranın nisbətən rütubətli iqlimi illər ərzində göllərin qorunub saxlanmasına kömək edəcək. Lakin qlobal istiləşmə və ekstremal hava hadisələrinin, o cümlədən güclü yağışların artması ilə alimlərin fikirləri dəyişə bilər.

Sebha əl-Melah gölündəki su, ehtimal ki, ən azı bir il qalacaq.

Oxşar vəziyyət 2008-ci ildə də müşahidə edilmişdi və o zaman su 4 il qalmışdı.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə