Avtobusu saxlayıb namaz qılan sürücü işdən qovulub…

…Bir neçə gün bundan əvvəl Vladivostokun mərkəzində düz yolda iş vaxtı namaz qılmaq qərarına gələn sərnişin avtobusunun sürücüsü cərimələnib və işdən çıxarılıb.

SİA-nın məlumatına görə, bu barədə VL.RU xəbər verir.

Artıq məlum olub ki, piyadanı yolun hərəkət hissəsinə çıxaran sürücü inzibati məsuliyyətə cəlb edilib.

Məhkəmənin qərarı ilə o, 500 rubl məbləğində cərimələnib. KİV-in məlumatına görə, avtobusun qarşısında yolda qılınan namazın sensasion videosunun qəhrəmanı 24 yaşlı çeçenistanlı sürücü olub.

Bildirilib ki, namaz vaxtı avtobusda sərnişinlər olub. Onlardan bəziləri sürücünün namazı bitirməsini gözləməmək qərarına gələrək piyada getdilər.

Deməli, ilkin olaraq, DV-TransSeti nəqliyyat şirkəti işçisi ilə, xüsusən də iş zamanı ictimai ayinlərin yolverilməzliyi ilə bağlı profilaktik söhbət aparmaq niyyətini açıqlayıb.

Lakin sonra məlum olub ki, rəhbərlik bir söhbətlə kifayətlənməyib və günahkar işçini işdən çıxarıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə