ABŞ-da yenidən UFO-lar aşkarlanıb

…Ötən gün ABŞ hərbi təyyarəsi Florida səmasında naməlum uçan cisimlər dəstəsi ilə qarşılaşdığını bildirib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, pilotlar bəzi "parıldayan toplar" görüblər.

Təsdiqlənməmiş məlumatlara görə, pilot Şərqi Hava Hücumundan Müdafiə Sektorunun nəzarətçisi ilə əlaqə saxlayıb və bildirib ki, təyyarə Florida ştatı üzərində uçarkən qəfildən “parlayan top sürüsü” ilə əhatə olunub.

Təyyarə naməlum obyektlərin bu “sürü”nün arasından uçarkən elektrik avadanlıqları nasazlaşmağa başlayıb və gəminin “yerlə” əlaqəsi qəfil kəsilib.

Pilot bildirib ki, onun təyyarəsi UFO-ya yaxınlaşan kimi parlamağa başlayıb.

Qəza yerinə tez bir zamanda Lockheed AC-130 Spectre hərbi təyyarəsi göndərilib.

Lakin ABŞ Silahlı Qüvvələrinin nümayəndələri bu məsələ ilə bağlı heç bir şərh verməyiblər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə