İngilislər 4 günlük iş həftəsi sınaqlarını uğurla başa çatdırıblar və…

Əməkdaşlar beş gün ilə müqayisədə dörd gün ərzində daha çox tapşırıq yerinə yetiriblər

Böyük Britaniyada dördgünlük iş həftəsi ilə bağlı dünyada ən iri eksperiment başa çatıb. 2022-ci ilin iyunundan dekabradək 61 iş yerində aparılan sınaqlarda təqribən 2900 əməkdaş iştirak edib.

SİA xəbər verir ki, Böyük Britaniya KİV-lərinin yazdığına görə, sınaqlar “Autonomy” müstəqil tədqiqat mərkəzi və “4 Day Week Global” təşkilatı tərəfindən həyata keçirilib.

Sınaqların nəticələri olduqca maraqlıdır. Şirkətlərin üçdəbiri dördgünlük iş həftəsinə daimi əsasda keçməyi planlaşdırır. Bundan başqa, şirkətlərin 90 faizi dördgünlük iş həftəsini heç olmazsa hazırkı vaxtda qoruyub saxlamağı planlaşdırır.

Eksperimentin gedişində əməkdaşlar əməkhaqlarını bütöv şəkildə alıblar.

Nəticəyə əsasən, işə gəlməyən əməkdaşların sayı azalıb. Əməkdaşlar işdə özlərini daha yaxşı hiss edirlər. Eksperiment zamanı onların həm fiziki, həm də psixi vəziyyəti yaxşılaşıb. İşçilərdə stres səviyyəsi aşağı düşüb. Bundan başqa, narahatlıq, yorğunluq və yuxu problemi də azalıb.

Əməkdaşlar beş gün ilə müqayisədə dörd gün ərzində daha çox tapşırıq yerinə yetiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə