Dünyanın ən çirkli havası olan şəhəri açıqlanıb

Bosniya və Herseqovinanın paytaxtı Sarayevo dünyada ən çox hava çirkliliyi olan şəhərlər sırasında birinci yerdədir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, mərkəzi ofisi İsveçrədə yerləşən “IQAir” hava keyfiyyəti texnologiyası şirkətinin məlumatına görə, Sarayevo fevralın 12-də dünyada ən yüksək hava çirkliliyinin ölçüldüyü şəhər olub. Belə ki, Sarayevoda havanın keyfiyyət indeksi 190 olaraq qeydə alınıb.

Sarayevo havanın keyfiyyət indeksinə görə qeyri-sağlam olaraq təsnif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə