Geniş istifadəçi kütləsinə malik olan "WhatsApp" messenceri qrup çatlarında zənglərin planlaşdırma funksiyasının tətbiqi üzərində işləyir. SİA-az xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Bununla da, istifadəçi gecikmiş zəngin tarixini və vaxtını, həmçinin onun adını təyin edə biləcək. Qeyd olunub ki, qrup çatının iştirakçıları planlaşdırılmış zəngin yaradılması və onun başlanması barədə bildirişlər alacaqlar.

Bu funksiya "Android"də messencerin beta versiyasında yaradılıb. Onun çox sayda istifadəçi üçün nə vaxt əlçatan olacağı hələ məlum deyil.

Müəllif: Sədaqət Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə