Neandertallar təkcə ət deyil, hazır yengəclə də qidalanırdılar

Geniş yayılmış fikirlərin əksinə olaraq, neandertallar təkcə ət deyil, hazır yengəclə də qidalanırdı. Alimlər bildirirlər ki, bu fakt onların nəslinin kəsilməsi səbəbləri barədə fərziyyələri də dəyişir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Portuqaliyada bir mağaranın içərisini araşdıranlar neandertalların 90 min il bundan əvvəl yengəc hazırlayıb yedikləri ilə bağlı dəlillər aşkar ediblər. Qruta-de-Fiqeyra-Brava adlanan həmin məkanda daş əmək alətləri, ağac kömürü, balıqqulağı və sümüklər tapılıb. Tədqiqatçılar iri və yaşlı yengəc qalıqları (onlara xas olan qırıq və yanıqlarla) aşkar ediblər. Bu, onu göstərir ki, yengəclər neandertalların menyusuna daxil imiş.

Bəzi tədqiqatçılar ehtimal edirlər ki, insanın erkən əcdadları bol su heyvanları ilə pəhriz sayəsində öz böyük beyinlərini inkişaf etdirə bilərdilər. Alimlər bildirirlər ki, neandertalların qida rasionunda hazırlanmış yengəclərin olması dəniz məhsulları ilə qidalanmanın erkən müasir insanın beyni üçün rəqabət üstünlüyü yaratması ideyasını təkzib edir.

Neandertalların nəsli 40 min əvvəl kəsilib. Bunun ardınca müasir insan – “Homo sapiens” inkişaf etməyə başlayıb. Görünür ki, dəniz məhsullarının çatışmazlığı neandertalları saxlaya bilməyib. Alimlər indiyədək onların nəslinin kəsilməsinin səbəblərini öyrənirlər. Bu məsələdə iqlim dəyişikliyi və xəstəliklərin də rolu ola bilər.

Yengəclərin tapılması bir daha sübut edir ki, neandertallar adətən təsvir edildikləri kimi deyil, daha mürəkkəb olublar. 2017-ci ildə aparılmış tədqiqatlar göstərib ki, neandertalların toplumu kar və yaralı yoldaşlarına qocalıq dövrünədək qayğı göstəriblər. 2020-ci ildəki digər tədqiqatlar zamanı onların ip ayırma texnologiyasından istifadə etmələri, növbəti ildəki araşdırmalarda isə sümükdən alətlər düzəltmələrinə dair sübutlar tapılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə