“Kainat xanımı – 2022” beynəlxalq gözəllik müsabiqəsinin qalibi

Rusiyanın Udmurtiya Respublikasının sakini Yelena Maksimova evli qadınlar arasında keçirilən “Kainat xanımı – 2022” beynəlxalq gözəllik müsabiqəsinin qalibi olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə tədbir təşkilatçılarının mətbuat xidməti məlumat yayıb.

Yanvarın 30-dan fevralın 5-dək Bolqarıstanın paytaxtı Sofiyada keçirilən gözəllik müsabiqəsində Çin, Tayland, Filippin, Yaponiya, Hindistan, Belarus, Ukrayna, Almaniya, İspaniya, ABŞ və digər ölkələrdən 120 iştirakçı mübarizə aparıb.

Müsabiqənin qalibi 34 yaşlı Yelena Maksimovanın iki övladı var. O, 2021-ci ildə "İkinci vitse-xanım Rusiya - Kainat" titulunu qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə