Əksər kənd yerlərində buna baxan kimdir?

Hindistan polisi zamanı 2000-dən çox kişi həbs edib. Niyə? Nikah yaşına çatmayan qız uşaqları ilə evləndiyinə görə.

SİA bu barədə “NDTV” kanalına istinad edir.

Deyilənlərə görə, həbslərin əsasən Hindistanın şimal-şərqindəki Assam əyalətində aparılıb.

Yerli polis rəisi Gyanendra Pratap Sinqhin dediyinə

görə, hüquq-mühafizə orqanları azyaşlı qızlarla evləndiyinə görə 2169 nəfəri həbs edib.

Kanalın jurnalistləri nəşri polis əməkdaşlarının həbs olunan şəxsləri müşayiət etdiyi video ilə müşayiət ediblər. Üstəlik, qucağında uşaqları olan göz yaşı tökən gənc qadınlar kadra düşüblər.

Onlardan biri qeyd edib ki, birlikdə yaşamaq ailənin dolanışığını təmin edib, həyat yoldaşlarına xoşbəxtlik bəxş edib. O əlavə edib ki, dolanışıqsız qalıb.

Xatırladaq ki, Hindistanda qadınlar üçün 18, kişilər üçün 21 yaşında nikahlara icazə verilir. Ancaq kənd yerlərində buna baxan kimdir?

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə