Yatarkən rahat nəfəs almaq istəyirsinizsə...

Xəstələnməmək üçün immunitet sistemini güclü saxlamaq çox vacibdir. Bunun üçün sağlam və vitaminlə zəngin qidaların qəbulu çox kömək edəcək. Xüsusilə qrip və soyuqdəymə ən çox görülən xəstəliklər arasındadır. Yaxşı, bilirsinizmi, qripə dərman kimi olacaq qida nədir? Xəstəlik zamanı bol miqdarda zülal və vitamin qəbul etmək orqanizmdəki viruslardan daha tez qurtulmanıza kömək edəcək. Xüsusilə indi danışacağımız qidalar bədəninizi xəstəliklərə qarşı dəmir kimi hala gətirərək tez sağalmağınıza kömək edəcək. Onların nə olduğunu görək.

TOYUQ ŞORBASI

Toyuq şorbası; Zəngin protein və dəmir mənbəyidir. Bu qida orqanizminizin qriplə daha yaxşı mübarizə aparmasına imkan verərək immunitetinizi gücləndirir. Bədəndəki iltihabı da qurudur.

ƏT SUYU

Bulyon antioksidanların zəngin mənbəyidir. Xüsusilə boğazınız ağrıyırsa, ağrıları sakitləşdirir və burun tutulmasının qarşısını almağa kömək edir. Xəstə olduğunuz zaman bulyonu mütləq istifadə edin. Dondurucuda, hətta qablara ayıraraq saxlamağı unutmayın.

TƏRKİBİ C VİTAMİNİ OLAN MEYVE-TƏRƏVƏZLƏR

Qrip və soyuqdəymə xəstəliklərinin qarşısını almaq üçün bol C vitamini istifadə etmək çox vacibdir. Qripə qarşı əla mübarizə aparan bu vitamin immun sisteminizi polad kimi edir və gələcək xəstəliklərin qarşısını alır.

Müəllif: Sədaqət Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə