Mərmər kimi dəri üçün... FOTOLAR

Dəridə qırışlar müəyyən yaşdan sonra yaranır. Xüsusilə qadınlar tərəfindən böyük problem olaraq görülən bu vəziyyət kollagen istehsalının azalması ilə ortaya çıxır. Amma qorxma! İndi sizə izah edəcəyimiz bu üsullarla siz qırışlarınızdan xilas olacaqsınız və canlı dəriyə sahib olacaqsınız. Qırışların qarşısını alan 5 təbii maska...

E vitamini çatışmazlığı qırışların əmələ gəlməsinin əsas səbəblərindən biridir. Ancaq istifadə etdiyimiz kosmetik məhsullar dəri üzərində mənfi təsirlər yaradır. Bu üsullarla dərinin zədələnməsini minimuma endirə və parlaq bir dəriyə sahib ola bilərsiniz.

BAL MASKASI

Qarışıq üçün hazırlayacaqsınız; 1 çay qaşığı bal, 1 yumurta sarısı və 1 xörək qaşığı zeytun yağını yaxşıca qarışdırın. Sonra bu qarışığı qırışların olduğu yerə doğru masaj edərək çəkin. Maskanı 15 dəqiqə buraxın. Sonra tətbiq etdiyiniz yerləri ilıq su ilə təmizləyin. Həftədə bir dəfə müntəzəm olaraq tətbiq etmək kifayət edəcəkdir.

ZƏNCƏFIL MASKASI

Zəncəfil dəri problemlərini aradan qaldırmaqda çox təsirlidir. Antioksidantlarla da zəngindir. Bir qabda 1 xörək qaşığı bal və az miqdarda zəncəfil tozunu qarışdırın. Sonra bu maskanı dərinizə çəkin. Üzünüzdə 30-45 dəqiqə saxlayın. Sonda üzünüzü soyuq su ilə təmizləyin. Bu maskanı həftədə bir dəfə tətbiq edə bilərsiniz.

YULAF MASKASI

Yulaf unu və südü bir qabda yaxşıca qarışdırın. Bu qarışığı problem sahəsinə çəkin. Sonra 20 dəqiqə gözləyin və üzünüzü ilıq su ilə təmizləyin.

LİMON MASKA

Limon C vitamini və kollagen istehsalı baxımından çox zəngin bir məhsuldur. Bunun üçün yarım limonun suyu və 1 çay stəkan qatıq yaxşıca qarışdırmaq lazımdır. Maskanı üzünüzdə 20 dəqiqə saxladıqdan sonra dərinizi ilıq su ilə yaxşıca təmizləyin.

QIZILGÜL MASKASI

Bir qabda 2-3 damcı rozmarin yağını 1 stəkan gül suyu ilə qarışdırın. Nəticədə qarışığı bir şüşəyə qoyun və 2 gün buraxın. Sonra bu qarışığı az miqdarda götürün və gündə iki dəfə pambıq köməyi ilə üzünüzə çəkin.

SƏDAQƏT

Müəllif: Sədaqət Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə