Limon qabığının faydaları NƏLƏRDİR?

Bədəninizdə iltihablar varsa və bu sizə ağrı verirsə, mütləq limon suyu içməlisiniz. SİA xarici mətbuata istinadən xəbər verir ki, limon suyu iltihabı aradan qaldırır, eyni zamanda qıcıqlanmış yerləri sakitləşdirir.

Limon lif mənbəyi baxımından vacibdir. Limon suyu banan qədər lif ehtiva edir. Dəri üçün limon C vitamininin təsiri ilə çox əhəmiyyətlidir. Limon qarışığı ilə hazırlanan dəri təmizləyici maskalar çox mühüm təsir göstərir.

Limon suyunun tərkibində çoxlu kalium olduğu üçün depressiya, narahatlıq və unutqanlığı azaltmaq üçün təbii vasitədir. Çox stresli olduğunuz zaman C vitamini istehlak etmək yaxşıdır və limonda da bol miqdarda C vitamini var.

Ancaq limonun ən qiymətli hissəsini bu günə qədər istifadə etmirdik. Söhbət limonun qabığından gedir. Məlum olub ki, limon qabıqları özlüyündə bir möcüzədir.

Araşdırmalar nəticəsində minlərlə faydası olan limon qabığının xüsusilə ağız və diş sağlamlığına töhfə verdiyi üzə çıxıb.

Limon qabığı dişlər arasındakı qida tullantılarını təmizləyir və dişlərin daha parlaq görünməsini təmin edir. Diş səthində infeksiyanın yığılmasının qarşısını alır. Eyni zamanda dişlərin saralmasının qarşısını alır.

Limon qabığı qan damarlarını genişləndirir və iltihabla mübarizə aparır. Bu sayədə diz və oynaq ağrılarını aradan qaldırır.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə