Dünyanın ən böyük üzən kitabxanası bu ölkədədir

Dünyanın ən böyük üzən kitabxanası "Logos Hope" İordaniyanın cənubundakı Aqaba limanında lövbər salıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Aqaba limanı rəsmilərindən əldə edilən məlumata görə, müxtəlif ölkələrdən təxminən 370 könüllünün olduğu gəmi yerli vaxtla saat 09:30-da limana yan alıb.

Elm, idman, incəsənət, ədəbiyyat və düşüncə kimi müxtəlif mövzularda 4000-ə yaxın kitabdan ibarət yarım milyon nüsxədən təşkil tapan dünyanın ən böyük üzən kitabxanası sabahdan fevralın ortalarına qədər ictimaiyyətə açıq olacaq.

Dekabr ayında Livanın Beyrut limanında lövbər salan üzən kitabxana yanvarın 4-dən 23-dək Misirin Port-Səidə şəhərində əhalinin istifadəsinə verilib.

Hazırda Almaniyada yerləşən “Hamı üçün yaxşı kitablar” xeyriyyə cəmiyyətinin bir hissəsi olan “Loqos Hope” gəmisi 1973-cü ildə inşa edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə