Belçikanın paytaxtı Brüsseldə bu il günəş cəmi 28 saat 4 dəqiqə üzünü göstərib

Belçikanın Meteorologiya Xidmətindən verilən məlumata görə, buludlu və yağışlı havası ilə tanınan Brüsseldə 2023-cü ilin əvvəlindən günəş 28 saat 4 dəqiqə görünüb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, proqnozlara görə, yanvarın qalan günlǝrindǝ dǝ buludlu hava hökm sürǝcǝk. Mütəxəssislər qapalı havanın yaratdığı psixi problemlərə qarşı ǝhalidǝn idman etməlǝrini, bioloji ritmi qorumaq üçün səhər tezdən qalxmalarını, işdən kənarda həzz ala bilǝcǝklǝri hobbilərlə məşğul olmalarını tǝlǝb edirlǝr.

Bütün xəbərlər Facebook səhifəmizdə