Cinsi meyli artıran yeni məlhəm hazırlanıb

Kişilərdə cinsi meyli artıran yeni məlhəm hazırlanıb. SİA bildirir ki, əsas tərkib hisəsi kurkumin olan məlhəmi Albert Eynşteyn adına Tibb kollecinin (ABŞ) alimləri tərəfindən hazırlanıb. Kurkumin maddəsi isə sarıkökün tərkibində mövcuddur. Yeni məlhəm dəriyə çəkiləndə cinsiyyət bölgəsinə qanın axınını artırır və bununla da ereksiya problemini həll edir. Alimlər sübut edir ki, kurkuminin təsiri Viaqranın (sildenafil) təsirindən də güclüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə