Ən ağıllı pişik cinslərini tanıyırsınızmı?

Hər nə olsalar da, ruslar burada adətən “niçeqo delat?” deyirlər.

Nə isə, bu arada Finlandiya alimləri ən ağıllı pişik cinslərinin axtarışına çıxıblar.

SİA-nın əldə etdiyi məlumata görə, finlər tədqiqat zamanı 26 cins qrupundan olan 4300 pişiyin müxtəlif xüsusiyyətlərini, onların davranışlarını müəyyən etmək üçün araşdırıblar.

Nəticədə intellektual qabiliyyətlərə görə Həbəş pişiyi birinci, Benqal pişiyi ikinci, Birma pişiyi üçüncü yerdə qərarlaşıb. Bundan əlavə, ilk onluğa “ən ağıllı”lar Korniş Reks, Şotlandiya Fold, Siam, Sinqapur pişikləri, Türk Angora və Yapon vaşaqları daxil “edilib”.

Maraqlıdır ki, mütəxəssislər, pişiklərin əqli qabiliyyətini etibarlı şəkildə ölçməyin çox çətin olduğunu bildiriblər.

Çünki hər bir növ pişik öz yuvasına uyğunlaşmaq üçün təkamül keçirmişdir və bir növ üçün faydalı olan zehni qabiliyyət pişiklərin sağ qalmasına kömək edə bilməz.

Xüsusilə, bəzi pişik cinsləri insanlara qarşı daha aktiv və ya mehriban ola bilər, digərləri isə səliqəli şəkildə uzaqda saxlanıla bilər.

“Lakin, hər bir pişik unikaldır və hətta cinslər arasında əhəmiyyətli fərqlər var”.

Bunu da “niçeqo delat?”la məşğul olanlar bildiriblər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə