Türkiyədə əcnəbilərə mənzil satışı 15,2 faiz artıb

Türkiyədə ötən il əcnəbilərə satılan mənzil sayı 2021-ci il ilə müqayisədə 15,2 artıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, 2022-ci ildə Türkiyədə əcnəbilərə 67 min 490 mənzil satılıb.
Qeyd edək ki, 2022-ci ildə əcnəbilər ən çox İstanbuldakı evlərə üstünlük veriblər. Məlumata əsasən sözügedən dövrdə əcnəbilərə İstanbulda 24 min 953 mənzil satılıb. Sözügedən şəhəri 21 min 860 min mənzillə Antalya və 4 min 316 mənzillə Mersin izlyib.
Qeyd edək ki, ötən il Rusiya vətəndaşlarına 16 min 312, İran vətəndaşlarına 8 min 223 və İraq vətəndaşlarına 6 min 241 mənzil satılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə