SSRİ-nin yenidən yaradılmasını istərdinizmi?

Ruslar Sovet İttifaqı üçün heyfislənirlər

Rusların yarıdan çoxu demək olar ki, 58 faizi Sovet İttifaqının dağılmasından təəssüflənir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu VTsİOM-un sorğusunun məlumatları da sübut edir.

Beləliklə, İctimai Rəy Fondunun 22 dekabr 2021-ci ildə dərc etdiyi sorğuya əsasən, rusiyalıların 60 faizdən çoxu SSRİ-nin dağılmasından təəssüfləndiyini bildirib. Eyni zamanda, 46-60 yaşlı həmvətənlər (82 faiz) SSRİ-nin dağılmasından ən çox təəssüflənirdilər, 60 yaşdan yuxarı ruslar arasında isə bu nisbət 76 faiz təşkil edirdi.

Eyni zamanda, həmin dövrdə 18-30 yaşlı gənclər arasında respondentlərin dörddə birindən çoxu (28 faiz) sovet dövlətinin dağılmasından təəssüflənirdi.

VTsIOM-un 2022-ci ildə apardığı araşdırmanın nəticələri göstərir ki, yaşı 60-dan yuxarı olan həmvətənlər (81 faiz) dövlətin dağılmasından ən çox təəssüflənirlər; 18-24 yaşlı gənclər arasında, demək olar ki, hər beşdə biri (19 faiz) belə hallarla üzləşir.

Maraqlıdır ki, o dövrü görməyənlər Sovet İttifaqının dağılması üçün elə də təəssüflənməyirlər. Belə ki, rəyi soruşulanların 20 faizi təəssüflənməyənlərdir. Belə ki, 24 yaşınadək respondentlər arasında hər üçdə bir bu mövqeyi tutur.

VTsİOM-un məlumatına görə, respondentlərin 13 faizi bu məsələyə biganəlik nümayiş etdirirlər. Qeyd edək ki, 18-24 yaşlı gənclər arasında belə biganə insanlar üç dəfə çox olub.

O da maraqlıdır ki, sosioloqların respondentlərin indi SSRİ-ni bərpa etmək istəyi ilə bağlı sualına, demək olar ki, hər rəyi soruşulan hər iki nəfərdən biri müsbət cavab verib.

Qeyd edək ki, 60 yaşdan yuxarı vətəndaşlar arasında bu nisbət 58 faiz təşkil edib.

Sonda xatırladaq ki, SSRİ-nin yaradılmasının 100 illiyinə həsr olunmuş Ümumrusiya təşəbbüsü sorğusu 2022-ci il dekabrın 16-da yaşı 18-dən yuxarı olan 1600 respondent arasında keçirilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə