275 saat oyun oynayan işçinin maaşı kəsildi

Yaponiyada 9 ayda ofisində cəmi 275 saat kompüterində oyun oynayan yerli bələdiyyə işçisinin maaşından kəsinti edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bir həmkarının şikayətindən sonra aparılan araşdırmada Yokohama Bələdiyyəsinin Kadastr İdarəsinin əməkdaşı onun iş kompüterindəki fəaliyyətinə nəzarət edib. Məlum olub ki, işçi 2021-ci ilin dekabrdan-2022-ci ilin avqust aylarına qədər gündə 30 dəqiqədən 3 saata qədər ümumilikdə 275 saat kart, sudoku və bulmacalar oyunu oynayıb. İntizam Şurasına göndərilən işçi 5 ay müddətində maaşından 10 faiz tutulmaqla cəzalandırılacaq.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə