Misir fironu II Ramzesin üzü 3200 ildən sonra ilk dəfə bərpa edilib

Qədim Misirin ən güclü fironu II Ramzesin üzü 3200 ildən sonra ilk dəfə bərpa olundu.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Britaniya və Misir alimləri Ramzesin mumiyasını tomoqrafiya cihazı ilə skan ediblər.
Tədqiqatçılar qocalma prosesini tərsinə çevirərək II Ramzesin cizgilərini canlandırıblar.
Qahirə Universitetinin ekspertlərindən biri olan Səhər Səlim qeyd edib ki, II Ramzesin siması gözəl olub.

Bütün xəbərlər Facebook səhifəmizdə