Balıq qoxusunun qarşısını almaq üçün BUNLARI EDİN

Balığın sağlamlıq baxımından əhəmiyyəti çox böyükdür və özünəməxsus dadı ilə əvəzolunmazdır. Bununla yanaşı, balığın qoxusu da evdən çətinliklə gedir. SİA xarici mətbuata istinadən xəbər verir ki, evdən balıq qoxusunu aparmaq üçün bəzi üsulları bilmək lazımdır. Balıqlarınızı bişirərkən mətbəxin və digər otaqların qapılarını bağladığınızdan əmin olun. Beləliklə, balıq qoxusunun digər otaqlara keçməsinin qarşısını ala bilərsiniz.

Balıqları qovurarkən sirkə ilə suyu ayrıca qazanda qaynadıb qoxusunun qarşısını ala bilərsiniz. Bundan əlavə, balıqları qızartdıqdan sonra qazana sirkə, su, limon, darçın, mixək və dəfnə yarpağı əlavə edib qaynadın. Bu aromatik şeylər balıq qoxusuna üstün gələcək və evinizə nüfuz etməsinin qarşısını alacaq.

Eyni zamanda, balıqları bişirdikdən sonra qazanda vanili qaynadıb balıq qoxusunun qarşısını ala bilərsiniz. Vanil qoxusu həm mətbəxinizi, həm də evinizi bürüyəcək.

Balıqlarınızı qovurarkən tavaya bir neçə budaq cəfəri əlavə edərək də balığın iyinin qarşısını ala bilərsiniz.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə