Vüsal Əliyev konfransda moderator qismində iştirak edib

Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin böyük tibb qardaşı, eləcə də Azərbaycanda ilk və tək tavi texniki Vüsal Əliyev 3–6 aprel 2025-ci il tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən Milli İnvaziv Kardiologiya Konfransında moderator qismində iştirak edib.

Konfrans çərçivəsində invaziv kardiologiyanın aktual mövzuları, müasir müalicə metodları və klinik yanaşmalar müzakirə olunub.

Tədbirdə həm yerli, həm də beynəlxalq tanınmış mütəxəssislər tərəfindən elmi çıxışlar təqdim edilib, panel müzakirələri və praktik təlim sessiyaları keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə