Vaxtsız ölümün qarşısını almağın yolu tapılıb…

…Həftədə cəmi 1-2 dəfə məşq etmək, lakin tövsiyə olunan 150 dəqiqəlik fiziki fəaliyyətə nail olmaq vaxtından əvvəl ölüm riskini əhəmiyyətli dərəcədə azalda bilər. Tədqiqatçılar 93 mindən çox insanın məlumatlarını təhlil etdikdən sonra bu qənaətə gəliblər.

SİA-nın məlumatına görə, nəticələr Amerika Ürək Assosiasiyasının saytında dərc edilib.

Təcrübə iştirakçıları üç qrupa bölünüblər: yalnız həftə sonları məşq edən, lakin 150 dəqiqəlik tələbi yerinə yetirənlər, həftə ərzində yükü bölüşdürənlər və tövsiyə olunan minimuma cavab verməyənlər.

Məlum olur ki, hətta “həftə sonu idmançıları” da xeyli fayda əldə edirlər.

Bu qrupda bütün səbəblərdən ölüm 32 faiz, ürək-damar xəstəliklərindən ölüm 31 faiz, xərçəngdən ölüm halları 21 faiz azalıb.

Həftə ərzində müntəzəm olaraq idman edənlər üçün bu rəqəmlər bir qədər aşağı olub: müvafiq olaraq 26, 24 və 13 faiz…

Nəticələr gözlənilməz olub: elm adamları tədricən və müntəzəm məşqlərin daha təsirli olacağını güman edirdilər. Ancaq məlum olub ki, ən vacib şey həftəlik fiziki fəaliyyətin ümumi həcmini saxlamaqdır - ən azı 150 dəqiqə…

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə