Tələbələr MGH-nin klinik bazasında öz bilik və praktiki bacarıqlarını artırırlar
İkitərəfli əməkdaşlıq memorandumu çərçivəsində İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti Bakı filialının VI kurs tələbələri Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının klinik bazasında "Fövqəladə hallar təbabəti" fənni üzrə praktiki dərslər keçirlər. SİA xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının bazasında tədris edilən "Fövqəladə hallar təbabəti" kursunun proqramına "Fövqəladə hallarda əhalinin çeşidlənməsi və təxliyəsi", "Qıcıqlandırıcı kimyəvi mayelərlə zəhərlənmələr", "Texniki maddələrlə intoksikasiya", "Radiasiyadan qorunmanın tibbi vasitələri və radiasiya qəzaları zamanı tibbi yardım", "Nəqliyyat qəzaları, partlayış və yanğın təhlükəli fövqəladə hallarda tibbi yardımın təşkili" və digər aktual mövzular daxildir.
"Fövqəladə hallar təbabəti" fənnini tələbələrə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev tədris edir.
Tədris proqramımüxtəlif fövqəladə hallarda, o cümlədən yanğınlar, partlayışlar, iri nəqliyyat qəzaları, kimyəvi maddələrlə kəskin zəhərlənmələr və kütləvi toksikoloji hadisələr zamanı tibbi yardımın təşkili, radiasiyaya qarşı müdafiə, əks-epidemik tədbirlər, fövqəladə hallarda tibb xidmətinin və təcili yardımın təşkili kimi mövzuları əhatə edir.
Mərkəzi Gömrük Hospitalında yaradılmış unikal elmi və kliniki şərait tələbələrə həm nəzəri biliklərin, həm də praktiki bacarıqların müasir səviyyədə öyrədilməsinə imkan verir.
Bütün xəbərlər Facebook səhifəmizdə