…Bu günlərdə rus səlahiyyətlilərindən biri Schwarzkopf və Syoss firmalarının saç boyalarının təhlükəsizliyinin yoxlanılmasını təklif edib.
SİA-nın məlumatına görə, həmin səlahiyyətli bu firmaların məhsullarında kontakt dermatit və reproduktiv pozğunluqlara səbəb ola bilən zanbaq aldehidinin aşkar edilməsini əsas gətirib.
Maraqlıdır ki, elə bu günlərdə başqa bir mütəxxəsis saç boyasının spesifik bir allergik dermatitdən çox, qıcıqlandırıcı dermatitə səbəb ola biləcəyini söyləyib.
O, qeyd edib ki, daxili istifadə halları istisna olmaqla, boya reproduktiv sistemə birbaşa təsir göstərmir.
Mütəxxəsis əlavə edib ki, boyanın keyfiyyəti qiymətdən asılıdır və təbii ki, baha boya ucuz boyadan fərqlənəcək.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə