Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli aprelin 25-i saat 10:00-da Ağsu Rayon İcra Hakimiyyətinin inzibati binasında Ağsu, İsmayıllı, Qobustan, Şamaxı rayonlarından olan vətəndaşların qəbul edəcək. Bu barədə SİA-ya AQTA-dan məlumat verilib.
Bildirilib ki, vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə [email protected] ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq aprelin 24-dək qəbula yazıla bilərlər.
Qeyd edək ki, agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə yanaşı, AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşlar da müraciət edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə